Çatdırılma

50 AZN-dən yuxarı olan sifarişlərə çatdırılma pulsuzdur

Çatdırılma prosesi

Tam avtomatlaşdırılmış çatdırılma xidmətini göstəririk. Bəyəndiyiniz məhsulu səbətə əlavə edib, sifarişi rəsmiləşdirdikdən sonra 48 saat ərzində bağlamanızı təhvil veririk. Kart məlumatlarınız qorunmaqla yanaşı, satılan bütün məhsulların orijinal, rəsmi tərəfdaşlarımızın təmin etdiyi məhsullar olması işimizi keyfiyyətlə yerinə yetirdiyimizi təsdiqləyir.

Onlayn ödəniş

Saytımızda ödəniş üçün VisaMasterCard ödəniş kartları qəbul edilir. Sifariş verərkən mövcud ödəniş üsullarına daxil olaraq “Bank kartları ilə ödəniş” bölməsini seçirsiniz daha sonra isə sifarişinizi təsdiqləyirsiniz. Ödənişi təsdiqləmək üçün xüsusi təhlükəsiz bank səhifəsinə keçid edəcəksiniz. Saytımızda bank kartları ilə edilən ödənişlər EPOS sistemi vasitəsi ilə həyata keçirilir. 

Nağd ödəniş

Sifarişlərin tam avtomatlaşdırılmış rejimdə çalışması üçün onlayn ödənişlərə üstünlük veririk. Lakin, zəruri hallarda nağd ödənişi qəbul edə bilərik. Bunun üçün WhatsApp (klikləyin) nömrəmizə və ya instagram hesabımıza yazaraq bildirməyiniz kifayətdir. Nağd ödənişi məhsulu təhvil alarkən və ya öncədən card to card prosesi ilə ödəyə bilərsiniz.

Bakı daxili çatdırılma və ödəniş

Bakı daxili məhsulların çatdırılması sifariş verildikdən tam 48 saat ərzində təmin olunur. Çatdırılmadan öncə alıcı ilə birgə çatdırılma vaxtını razılaşdırılır. Sifarişin ümumi dəyəri 50 azn-dən çoxdursa çatdırılma ödənişsiz, 50 AZN-dən azdırsa standart olaraq çatdırılma qiyməti 5 AZN təşkil edəcək. Kuryer razılaşdırılmış ünvanda 20 dəqiqə gözləyə bilər. Əgər həmin müddət ərzində çatdırılma həyata keçirilməsə sizinlə razılaşdırılaraq növbəti tarixə təxirə salınacaq. Şənbə və bazar günü verilən sifarişlər isə növbəti həftənin ilk günündə çatdırılır. Əgər təcili çatdırılma ehtiyac olarsa, WhatsApp (klikləyin) nömrəmizə və ya instagram hesabımıza yazaraq bildirə bilərsiniz. Belə olan halda günün istənilən saatında taksi və ya metro vasitəsilə məhsulun sizə sürətli şəkildə çatdırılmasını təmin edəcəyik.

Bölgələrə çatdırılma və ödəniş

Bakı xarici bölgələrə məhsulların çatdırılması ilə bağlı WhatsApp (klikləyin) nömrəmizə və ya instagram hesabımıza yazaraq bizə bildirməyiniz kifayətdir. Sifariş verildikdən tam 7 iş günü ərzində bölgəyə məxsus mərkəzi poçtuna məhsulun çatdırılmasını təmin edəcəyik. Məhsulun bölgə poçtuna çatması ilə bağlı bildiriş alacaqsınız. Sifarişin ümumi dəyəri 50 azn-dən çoxdursa çatdırılma ödənişsiz, 50 AZN-dən azdırsa standart olaraq çatdırılma qiyməti 8 AZN təşkil edəcək.