Toplanan məlumatlar

Qeydiyyat prosesi və ya sifariş zamanı daxil etdiyiniz ad, soyad, telefon nömrəsi, e-mail və digər tələb olunan məlumatları əldə edə bilərik. Eyni zamanda, İP ünvanınız, istifadə etdiyiniz əməliyyat sisteminiz və brauzer məlumatlarınızı da toplayırıq. Lakin, sifariş zamanı daxil etdiyiniz kart məlumatlarınızı heç bir halda toplamırıq.

Toplanmış məlumatların istifadəsi

Şirkət, saytımızdan istifadə məqsədilə müəyyən şəxsi məlumatlarınızı toplayır. Şirkətə şəxsi məlumatlarınızı təqdim edərək, burada göstərilən şərtlərlə razılaşırsınız. Müvafiq qanunvericiliyə və şəxsi məlumatların qorunmasına dair “AIM GROUP” MMC şirkətinin siyasətinə uyğun olaraq, istənilən vaxt məlumatlarınızı dəyişə, yeniləyə və ya çıxarda bilərsiniz.

Saytdan istifadə edərkən aşağıdakı məlumatları təqdim edə bilərsiniz:

1. Adı və soyad;
2. Sizinlə əlaqə saxlamağımız üçün telefon nömrəsi və e-poçt ünvanını;
3. Şirkətin internet resurslarına daxil olmaq üçün istifadə etdiyiniz giriş və şifrə;
4. Sifarişin çatdırılma ünvanına dair məlumat;

Şirkət həmçinin bəzi statistik məlumatları toplayır, məsələn:

1. İstifadəçinin IP ünvanı;
2. Brauzer tipi;
3. Tarix, vaxt və ziyarət sayı;
4. Yer məlumatları;
5. Ziyarət edilən səhifələr, reklam bannerləri haqqında məlumat;
6. Brauzeriniz tərəfindən verilən məlumat (cihaz növü, brauzer növü və versiyası, əməliyyat sistemi və s.).

Təhlükəsizlik

Siz sifariş yerləşdirərkən və məxfi məlumatlarınızı (kredit və ya debit kartındakı məlumatlar) təqdim edərkən onların təhlükəsizliyi və məxfiliyi bizim tərəfimizdən tamamilə təmin olunur. Nəzərinizə çatdırmaq istərdik ki, bütün şəxsi məlumatlar Secure Socket Layer (SSL) texnologiyası vasitəsilə ötürülür. Sizin kredit/debit kart nömrələriniz və şəxsi məlumatlarınız saxlanılmayacaq, satılmayacaq və ya hər hansı üçüncü tərəflə paylaşılmayacaq.

Zəmanətlərimiz

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq və ya Ödəniş Sistemi Təminatçısı kimi üçüncü tərəf xidmət təminatçıları və ya digər tranzaksiya prosessoru tərəfindən tələb olunmadığı halda biz sizin şəxsi məlumatlarınızı üçüncü tərəflərə ötürmürük.

səbətiniz
Daxil ol

Hesabın yoxdur?

Start typing to see products you are looking for.
ilk səhifə
0 items Cart
Hesabım